Bakı Buenos-Ayresə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
"Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.
Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik", – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Argentinanın Baiya-Blanka şəhərində baş vermiş təbii fəlakət nəticəsində ondan çox insan həlak olub, yüzlərlə insan təxliyə edilib.

Oxşar xəbərlər
Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı Vəliəhd Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb. BAKU.WS xəbər veri...