AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Sabah" Eksperimental Yaradıcılıq Emalatxanası bağlanıb.
BAKU.WS "Yeni Sabah"a istinadla xəbər verir ki, emalatxana 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb.
Əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar bu emalatxanada hazırlanıb. Studiyanın istehsalı olan "Ac həriflər" televiziya tamaşası "Humay" mükafatına layiq görülüb. Eksperimental bir qurum kimi "Sabah"ın nəzdində təşkilatlanmış "Sınaq" studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirib.
1993-cü ildən "Sabah" Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib.
"Sabah" Yaradıcılıq Studiyasının direktoru, görkəmli teatr, kino, televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.
Oxşar xəbərlər
WUF13 çərçivəsində təşkil olunan mühüm tədbirdə nə müzakirə olunur?
Bakı Dövlət Universiteti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Dayanıqlı və davamlı şəhərlərin inkişafında insan kapitalının...