Azərbaycanlı futbolçudan ermənilər qarşısında əsgər salamı (VİDEO)

Azərbaycanlı futbolçudan ermənilər qarşısında əsgər salamı (VİDEO)
Video
Siyasət 2247

Latviya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, "Dauqavpils" "Metta"nı 2:0 hesabıyla məğlub edib.

"Neftçi"nin "Dauqavpils"də icarə əsasında çıxış edən futbolçusu Orxan Qurbanlı matçın 27-ci dəqiqəsində fərqlənərək, komandasının qələbəsinə töhfə verib.

Gənc futbolçu hesabı açdıqdan sonra qolunu əsgər salamı ilə qeyd edib. Qurbanlı bu hərəkəti ilə bir müddət öncə Qarabağdakı döyüşdə həlak olan şəhidlərimizi yad edib.

Orxan Latviya klubunda icarə əsasında çıxış edən digər "Neftçi"li Mirabdulla Abbasovun ötürməsini qola çevirib.

Start heyətində meydana çıxan futbolçulardan Qurbanlı 83-cü dəqiqədə əvəzlənibsə, Abbasov sonadək meydanda olub. Qeyd edək ki, rəqibin heyətində iki erməni futbolçu çıxış edib.

 BAKU.WS

Oxşar xəbərlər

Şəhid oğlu qol vurdu, əsgər salamı verdi - VIDEO/FOTO

Şəhid oğlu qol vurdu, əsgər salamı verdi - VIDEO/FOTO

Aprelin 9-da Premyer Liqanın XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib. BAKU.WS xəbər verir ki, "İnter Arena"da keçirilən görüşdən əvvəl futbolçul...

1600 İdman 11:01 10 aprel 2016

Son xəbərlər