Azərbaycanda korrupsiya statistikası AÇIQLANDI - 222 cinayət işi, 61 vəzifəli şəxs... - VİDEO
15
yan
2019
23:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2017-ci il ilə müqayisədə 2018-ci ildə korrupsiya cinayətlərinin sayı artıb. Belə ki, 2017-ci ildə cinayət xarakterli işlərin sayı 280 olduğu halda, bu rəqəm 2018-ci ildə 310-a yüksəlib, başlanan cinayət işlərinin sayı isə 180-dən 222-yə qalxıb. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu məlumatları ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev verib. O, həmçinin ötən il məhkəmələrə göndərilən işlərin sayını da açıqlayıb.Kamran Əliyev bildirib ki, Baş idarənin 161 qaynar xəttinə daxil olan müraciətlərin sayı azalıb.Baş idarə rəisi onu da deyib ki, 2018-ci ildə dəyən zərərin böyük qisminin ödənməsi təmin edilib. Belə ki, bunların bir qismi ödənişlə, qalanı isə cinayət əməlini törədən şəxslərin əmlaklarına həbs qoyulması yolu ilə icra edilib.İdarəyə ötən il hansı qurumdan nə qədər şikayətin daxil olduğu da açıqlayıb. 2018-ci il ərzində məhkəmələrdən 22, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, dövlət gömrük komitəsindən 17, ədliyyə nazirliyindən 13, dövlət təhlükəsizliyi xidmətindən 12, qida təhlükəsizliyi agentliyindən 8, vergilər nazirliyindən 7, dövlət şəhərsalma və arxitektura komitəsindən 6, təhsil nazirliyindən 5, daxili işlər və səhiyyə nazirliklərindən isə hər birindən 4 material baş idarəyə daxil olmaqla araşdırma aparılıb. Nəticədə 43 material üzrə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Qızına 400 minlik toy edən qalmaqallı məmurla bağlı YENİ XƏBƏR
“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.BAKU.W...