Azərbaycan vətəndaşlarının bu ölkəyə getməsi asanlaşdı

05
dek
2017
22:54
2017-ci ilin dekabrın 1-dən Azərbaycan vətəndaşları üçün Yaponiyaya vizaların verilməsi rejiminin sadələşdirilməsi prosesi başlayıb.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Yaponiya imperatorunun doğum günü ilə bağlı tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Teryuki Katore deyib.Səfir qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlər 25 il ərzində davamlı olaraq inkişaf edib: “Bundan başqa, Azərbaycan və Yaponiya hökumətləri arasında dialoq, enerji layihələrinin reallaşdırılması çərçivəsində əməkdaşlıq, iki ölkənin özəl sektoru arasında iqtisadi əməkdaşlıq çərçivəsində mübadilələr də artan xətt üzrə inkişaf edib”.BAKU.WS
Oxşar xəbərlər
Yeni vergilər nazirindən ilk AÇIQLAMA
"Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır”. BAKU.WS-in APA-ya istinadən xəbərinə görə,...
