Azərbaycanlıların "Sadovod" bazarındakı malları belə yanaraq kül oldu - ANBAAN VİDEO

Azərbaycanlıların Sadovod bazarındakı malları belə yanaraq kül oldu - ANBAAN VİDEO
Video
Siyasət 361

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı tacirlərin işlədiyi “Sadovod” bazarında yanğın baş verib.

Məlumata görə, yanğın səkkizinci sırada yerləşən ticarət pavilyonunda başlayıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, 7-cı sırada yerləşən azərbaycanlı tacirlərin mallarının yanması zamanı onlara təqribən 6 milyon rubl (121 min AZN) ziyan dəyib.

Hadisə zamanı ticarətçilərdən bəziləri mallarını xilas etməyə cəhd göstəriblər.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

Bazarda baş verən yanğın artıq söndürülüb. Xəsarət alanlar haqqında məlumat yoxdur.

Son xəbərlər