Vətən müharibəsində azərbaycanlılara aid hesabların bağlanılmasına “Facebook”da çalışan ermənilər kömək edib
Yeniliklərdən dərhal xəbərdar olun
2-ci Qarabağ müharibəsi dövründə türk və Azərbaycan adları ilə ermənilərin özlərinə saxta hesablar yaradaraq azərbaycanlıların müxtəlif postların şərh bölmələrində təhqir olunması faktları aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabatında bildirilir. Bu cür troll hesabların açılmasının qarşısının alınması və onların şikayət edilərək silinməsi üçün də müxtəlif tədbirlər görülüb.
"Bu kimi məsələlərdə tərkibində “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələri birləşdirən “Facebook” şirkətində çalışan erməni əsilli şəxslərin köməyindən istifadə olunub və bu hallar davam edir. Həmin erməni əsilli əməkdaşlar video-müraciətlər vasitəsi ilə ermənilərə azərbaycanlılara məxsus hesablarının bağlanılması barəsində yardım edəcəklərini bildiriblər", - deyə hesabatda bildirilir.
Oxşar xəbərlər
Ermənilər “TikTok”da azərbaycanlıları alçaldıb - HESABAT
Əsrlər boyu aparılan nifrət siyasətinin nəticəsi olaraq azərbaycanlılara qarşı qəsdən dözümsüzlük yaradan Ermənistan hərbi-siyasi hakimiyyəti bu nifrəti mətbuat...