Azərbaycanlılar yük maşını ilə İstanbulda qəza törətdilər - FOTO

Azərbaycanlılar yük maşını ilə İstanbulda qəza törətdilər - FOTO
Foto
Siyasət 147

Türkiyədə Azərbaycan vətəndaşlarının xəsarət aldığı yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Milliyet" qəzeti yazıb.

İstanbulun Maltəpə rayonunda baş verən qəza zamanı ikisi Azərbaycan vətəndaşı olmaqla, 5 nəfər xəsarət alıb.

Adları açıqlanmayan həmyerlilərimiz xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb sürücüsü azərbaycanlı olan yük avtomobilinin idarəetməni itirməsi olub.

Son xəbərlər