Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI

Azərbaycanlı politoloq Ermənistan səfərindən DANIŞDI
Video
Siyasət 93

Ermənistanda keçirilən NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edən Topçubaşov Mərkəzinin direktor müavini, politoloq Murad Muradov səfər təəssüratlarını bölüşüb.

Baku TV-yə açıqlamasında o bildirib ki, tədbir zamanı xüsusi bir çətinliklə üzləşməyib:

"Orada mən hansısa nümayəndə heyətinin tərkibində yox, Bakıdan tək getmişdim. Açıq desəm, heç bir çətinliklə rastlaşmadım, çox rahat keçdi. Tədbirdə iştirak edənlər əsasən NATO ölkələrindən gəlmiş nümayəndələr idi. Yerli ekspertlər də vardı, amma əsas auditoriya xaricilərdən ibarət idi".

Murad Muradov qeyd edib ki, protokol xidməti və təhlükəsizlik orqanlarının müşahidəsi altında olub:

"Ən azı iki nəfər, bəzən daha çox müşahidəçi yanımda olurdu. Bu, bir tərəfdən müəyyən narahatlıq yaradırdı, digər tərəfdən isə ünsiyyət imkanlarımı məhdudlaşdırırdı. Ona görə də çox gəzə bilmədim, vaxtım əsasən tədbirdə keçdi".

O həmçinin bildirib ki, yerli media nümayəndələri onunla müsahibə almağa maraq göstərsələr də, bu təkliflərə razılıq verməyib:

"Onlardan daha çox provokativ suallar gözləyirdim, amma ümumilikdə normal keçdi. Cavablarım tam qane etməsə də, etiraz da bildirmədilər".

Murad Muradovun sözlərinə görə, İrəvanda insanların çoxluğu, şəhərin hərəkətli olması diqqətini çəkib:

"Əsasən Respublika meydanını, Opera teatrını gördüm. Şəhərin mərkəzi küçələri gündüz saatlarında çox dolu olurdu. Göy məscidi isə yalnız maşından görə bildim".

Ətraflı süjetdə:

Son xəbərlər