Azərbaycanlı diplomat 5-ci Xəzər Biznes Forumunda iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov "Xəzər dənizində əlaqə və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
E. Məmmədov, Azərbaycanın Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı istiqamətində səyləri, o cümlədən Rəqəmsal İpək Yolu layihəsi haqqında ətraflı məlumat verib.
Nazir müavini Azərbaycanın "yaşıl enerji zonaları" elan etdiyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yaşıllaşdırma təşəbbüslərindən də danışıb.
Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, yaşıl enerjiyə keçid zamanı bütün beynəlxalq tərəfdaşlarla sıx əlaqəsi diqqətə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...