Azərbaycanlı deputatlar NATO nümayəndəsi ilə mina problemini müzakirə edib

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Brüsselə səfər çərçivəsində NATO-nun Kütləvi Qırğın Silahlarına Nəzarət Departamentinin direktoru Eyrini Lemos-Maniati ilə danışıqlar aparıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi məlumat yayıb.
Tərəflər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmə probleminə toxunublar.
Görüş iştirakçıları Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
The delegation of the @Milli_Majlis of the Republic of Azerbaijan to NATO PA accompanied by @AzMissionNATO (@natopapress), held a meeting with Ms. Eirini Lemos-Maniati @ILEMOU Head of Arms Control at the Disarmament and WMD non-proliferation section of NATO's #PASP. During the… pic.twitter.com/XP6InDNI4i
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) March 7, 2025
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyy...
