Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir

22
sen
2020
17:34
"Ukrayna Beynəlxalq Hava Yolları" (MAU) şirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabilet satışına başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, ilk aviareysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.
Birtərəfli biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.
Bununla belə, aviaşirkətin Bakıdakı nümayəndəliyindən "Report"a bildirilib ki, uçuşlarla bağlı yekun qərar hələ ki yoxdur. Bu qərarın bir neçə gündən sonra qəbul ediləcəyi gözlənilir.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...