Azərbaycanla Slovakiya arasında hərbi sahələrdə əməkdaşlıq müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini Martin Voytaşoviç ilə görüşüb. Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.
Oxşar xəbərlər
Rusiyanın təbliğat kuklaları yalnız qışqırırlar: Fakt isə Azərbaycanın tərəfindədir
"Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına açıqladığı faktlar Kremlin canına vəlvələ salıb. Rusiyada səhnəyə bu dəfə isə Sergey Mardan çıxıb. O bildir...
