Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
"2023-cü ilin noyabrından etibarən iki ölkə vətəndaşları bir-birinin ərazisinə vizasız səyahət imkanı əldə ediblər. Birbaşa aviareyslərin açılması əlaqələri genişləndirə bilər. Aidiyyəti qurumlarla danışıqlar bu sahədə davam edir. Yaxın zamanda nəticələrin şahidi olacağıq", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...