Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında protokol imzalanıb

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında protokol imzalanıb
Siyasət 143

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BAKU.WS-ə verilən məlumata görə, görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.

Son xəbərlər