Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığa dair protokol imzalanıb

Buenos-Ayresdə Azərbaycanla Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə protokol imzalanıb.
Bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan və Argentina arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclasının yekunlarına əsasən imzalanıb. Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Argentina tərəfinə isə beynəlxalq iqtisadi əlaqələr üzrə katib Fernando Bruno rəhbərlik edib.
İclasda iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı, həmçinin sənaye, energetika, səhiyyə, turizm və rəqəmsal texnologiyalar kimi sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
E. Əliyevin Argentina səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyində və ən iri enerji şirkəti olan YPF-də görüşlər də keçirilib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. BAKU.WS icmalı təqdim edir:
