Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi ilə görüşünə dair "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
Aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələrinin də görüşdə iştirak etdiyini bildirən nazir vurğulayıb: "Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal #texnologiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...