Azərbaycanın XİN başçısı Ermənistana çağırış edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını və bu unikal şansı bir daha qaçırmamasını gözləyir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib.
O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır. Ancaq XİN başçısı onu da qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır və bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın inkişafına imkan yaradacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...