Azərbaycanın xilasediciləri: "Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik"

Azərbaycanın xilasediciləri: Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik
Foto
Siyasət 159

"Bu gün Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik".

BAKU.WS xəbər verir ki, bunu report-un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasedicələri deyiblər.

"Biz ilk gündən buradayıq. Səhər saatlarından axtarış-xilasetmə əməliyyatlarına başladıq. Məlumat var idi ki, dağıntılar altında onların səsləri gəlirdi. Sonda həmin şəxsləri sağ-salamat çıxartdıq. Çox xoşbəxtik", - Azərbaycanın xilasediciləri vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

Son xəbərlər