Azərbaycanın xilasediciləri dağıntılar altından 12 yaşlı qızı çıxardılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 12 yaşlı qızı sağ çıxarıb.
Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.
Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...