Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşdü, binaya ziyan dəydi

Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşdü, binaya ziyan dəydi
Siyasət 120

“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb: “Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun 3 əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.

Son xəbərlər