Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
BAKU.WS-in report-a istinadən xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. BAKU.WS "report"a istinadən xəbər , dekabrın 20-də keçiləcək toplantını...