Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib.
İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.
Burada, eyni zamanda, müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...