Azərbaycanın ilk xarici işlər naziri: "Moskvanın marağı onda idi ki, Qarabağla bağlı məlumatlar kənara çıxmasın"

Azərbaycanın ilk xarici işlər naziri: Moskvanın marağı onda idi ki, Qarabağla bağlı məlumatlar kənara çıxmasın
Video
Siyasət 137

"1988-ci ildə dünya ictimaiyyətini Qarabağla bağlı məlumatlandırmaq üçün Xarici İşlər Nazirliyində informasiya şöbəsini yaratdıq.

Çünki informasiyaya aid nə var idisə, hamısı Moskvadan gəlirdi. Bizimkilər də bunu təkrar edirdilər. Belə bir qanun da tətbiq etdik ki, həftədə bir dəfə mətbuat konfransı keçirməliyik və jurnalistləri dəvət edib məlumatlandırmalıyıq.

Ondan sonra Moskvada akkreditasiya olmuş jurnalistlərin nömrələrini aldıq. Yəni, informasiya işini beynəlmiləlləşdirdik".

BAKU.WS xəbər verir ki, bunu İctimai TV-nin efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov deyib.

Onun sözlərinə görə hətta SSRİ Xarici İşlər Nazirliyinin İnformasiya idarəsinin rəisi Gerasimov xarici jurnalistlərə demişdi ki, Qarabağ barədə ən dəqiq məlumatı bizdən yox, Azərbaycan Xarici işlər Nazirliyinin İnformasiya idarəsindən ala bilərsiniz:

"Biz bu xəbərləri yazırdıq ki, bəlkə dünya vicdana gəldi. Xarici ölkə jurnalistləri bizimlə təmasda çox ümidverici vədlər verirdilər, amma ortada bir iş yox idi. Çünki hamısı Moskvadan idarə olunurdu. Moskvanın da marağı onda idi ki, bu məlumatlar kənara çıxmasın. Deyirdilər ki, özümüz həll edəcəyik, amma özləri də həll etmirdilər.

Qorbaçovun ətrafında olan adamlar ona dünyadakı erməni lobbisinin gücü barədə məlumat vermişdilər ki, Qorbaçov həm maddi, həm də siyasi cəhətdən həmin diasporaya arxalana bilər. Qorbaçov da buna inanmışdı", - deyə sabiq nazir əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər