Azərbaycanın İƏT-də sədrliyinin prioritetləri açıqlandı
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi dövründə əsas diqqət üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və iqlim təşəbbüslərinin dəstəklənməsinə yönələcək.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev "Asharq Al-Awsat" nəşrinə müsahibəsində deyib.
Səfir bildirib ki, prioritet istiqamətlər sırasında elm və innovasiyaların inkişafı, gənclərin imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məsələləri də yer alır. Onun sözlərinə görə, bu addımlar qlobal sabitliyə xidmət edir.
Mütəllim Mirzəyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişaf etdiyini vurğulayaraq, xüsusilə turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib. O bildirib ki, Azərbaycana gələn səudiyyəli turistlərin sayında artım müşahidə olunur.
Diplomat həmçinin "Saudi Vision 2030" proqramı çərçivəsində Krallıqda həyata keçirilən islahatları yüksək qiymətləndirib. O qeyd edib ki, bu təşəbbüslər iqtisadiyyatın şaxələndirilməsinə, dayanıqlı inkişafa və regional sabitliyə mühüm töhfə verir.
Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin ərazilərdə şəhər və kəndlər "ağıllı şəhər" konsepsiyası və "yaşıl enerji" prinsipləri əsasında yenidən qurulur.
Oxşar xəbərlər
Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub
Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub. BAKU.WS-in Azərbaycanın Nid...