Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində müdafiə mövqeləri möhkəmləndirilib

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.
BAKU.WS report-a istinadn xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il 15 may tarixində Birgə Komissiyanın 9-cu iclasında qəbul edilmiş qərara əsasən Ermənistanın işğalı altında saxlanılan Qazax rayonunun dörd kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı) Azərbaycana geri qaytarılmış və müvafiq ərazidə yeni sərhəd zastavaları yaradılaraq dövlət sərhədinin mühafizəsinə və müdafiəsinə başlanılıb.
Oxşar xəbərlər
Mirzoyan: İrəvan və Bakı arasında sülh sazişindən sonra sabitlik institusional olacaq
Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Avropa İttifaqının müşahidə missiyasının gələcək fəaliyyətinin necə olacağın...
