Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibinin müavini ilə görüşüb
26
fev
2025
08:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi, baş katibin müavini Migel Anxel Moratinosla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə BMT baş katibinin müavini "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Tofiq Musayevi Azərbaycanın BMT yanında yeni Daimi Nümayəndəsi kimi səfərdə qəbul etməkdən çox məmnunam. Biz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslər üzrə davam edən əməkdaşlığımızı müzakirə etdik", - BMT nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...