Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib

13
noy
2022
20:09
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, başsağlığıda deyilir:
“Hörmətli Əminə xanım,
İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.

Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar. BAKU.WS xəbər ve...