Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO
Siyasət 63

Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO

Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar (940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5 300 tondan artıq humanitar yük) göndərib. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə isə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO

Bu, bir daha onu sübut edir ki, Azərbaycan hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacaq.

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO

Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.

Son xəbərlər