Azərbaycanəsilli deputat onu təhqir edən seçiciyə çaynik atdı

Azərbaycanəsilli deputat onu təhqir edən seçiciyə çaynik atdı
Video
Siyasət 274

Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə kənddəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.

BAKU.WS aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.

Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.

Görüşə qatılan Qızılhacılı deputatı Ceyhun Çovdarov və mer nümayəndəsi Sədrəddin Talıbov onlara qarşı Əhməd Babakişiyev dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.

Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. Cavab olaraq, Ceyhun Çovdarov masada olan çayniki həmin şəxsə atıb. Bundan sonra dava baş verib.

Daha ətraflı video xəbəri təqdim edirik:

Son xəbərlər