Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 19 % artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % artaraq 1 milyon 647,1 min nəfər olub.
BAKU.WS xəbər verir ki, İrana gedən ölkə vətəndaşlarının sayı 36,6 %, Rusiya Federasiyasına 15,2 %, Gürcüstana 14,3 %, Türkiyəyə 12,2 % artlb.
Azərbaycan vətəndaşlarının 42,1 %-i Türkiyəyə, 20,5 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,5 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 64 %-i kişilər, 36 %-ni qadınlar təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...