Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Oxşar xəbərlər
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək. BAKU.WS xəbər verir ki, bu barədə "AnewZ" telekanalı məlumat yayıb. Məlumata əsa...