Azərbaycandakı diplomatik korpusun rəhbərləri üçün növbəti brifinq təşkil olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ADA Universitetində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün brifinq təşkil olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələri və mülki əhalisinə qarşı edilən hücumlar barədə diplomatları məlumatlandırıb.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Ermənistan ordusunun 18 oktyabrda əldə olunan müvəqqəti humanitar atəşkəsi dəfələrlə pozduğunu vurğulayıblar.
Brifinqdə sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən şəxslərin və yaralıların sayı barədə məlumatlar verilib, foto faktlar nümayiş etdirilib.
Sonda diplomatların müvafiq sualları cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...