Azərbaycandakı diplomatik korpus nümayəndəlikləri xalqımızı təbrik edir - YENİLƏNİB

Azərbaycandakı diplomatik korpus nümayəndəlikləri xalqımızı təbrik edir - YENİLƏNİB
Siyasət 63

İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May - Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır", - deyə məlumatda qeyd olunub.

***

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan xalqının Müstəqillik Günü mübarək! Qoy xalqlarımız arasında dostluq ildən-ilə daha da möhkəmlənsin. İsrail xalqı bu günü sizinlə birlikdə qeyd edir", - paylaşımda vurğulanıb.

***

BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə o, "X" hesabında paylaşım edib.

"Müstəqillik Gününüz mübarək. Azərbaycan xalqına firavanlıq, tərəqqi və dayanıqlı inkişaf arzulayıram", - paylaşımda qeyd edib.

***

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə o, "X" paylaşım edib.

"Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!" - deyə o bildirib.

***

"Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi "X" hesabındakı paylaşımında deyib.

"Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik", - paylaşımda bildirilib.

***

"Meksika Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir".

Bu barədə Meksika səfirliyinin Azərbaycanın Müstəqillik Günü münasibətilə "X" sosial şəbəkəsində yerləşdirilmiş təbrikində deyilir.

"Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik", - paylaşımda qeyd edilib.

***

Həmçinin Polşa səfirliyi də Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycanın Milli Bayramı - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və ən xoş arzularını bildirir. Müstəqillik gününüz mübarək!", - paylaşımda qeyd edilib.

***

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə o, "X" hesabında videomüraciət yayıb.

"Bu gün Azərbaycan xalqı ilə birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd edirik! Bir kərə yüksələn bayraq, bir daha enməz!", - deyə səfir qeyd edib.

Son xəbərlər