Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır

Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır.
BAKU.WS xəbər verir ki, hökumətdəki mənbə Trend-ə açıqlamasında bütün bu məlumatları təkzib edib.
"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir", - mənbə bildirib.
Qeyd edək ki, daha öncə bir sıra KİV-lərdə bu il Azərbaycanda referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbul olunacağı barədə yanlış məlumatlat yayılıb.
Oxşar xəbərlər
İsrailin Azərbaycandakı səfirliyi: Qəzza silahlardan təmizlənməlidir
Atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə gün sonra HƏMAS qorxu və zorakılıq yolu ilə nəzarəti yenidən bərpa etmək məqsədilə silahlarını fələstinlilərə çeviri...
