Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib
Siyasət 32

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59 faizi ( 2644 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı, 46,41 faizi isə, (2290 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Məlumata görə, Azərbaycanda olan səsvermədə cəmi 4983 Türkiyə vətəndaşı səs verib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs etibarsız hesab edilib.

Oxşar xəbərlər

Son xəbərlər