Azərbaycanda tələbkarın əmlakı əldə etməsi qaydası dəyişir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakı və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakı "İcra haqqında" qanuna uyğun olaraq tələbkarın əldə etməsi tələbkarın yazılı müraciəti əsasında notariuun bu barədə şəhadətnamə verməsi ilə rəsmiləşdiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "Notariat haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Şəhadətnamə müvafiq əmlakı tələbkarın qəbul etməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkarın imzaladığı "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat informasiya sisteminə göndərilən protokol əsasında verilir. Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...