Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub

Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub
Siyasət 222

Azərbaycanda keçirdiyi qəzadan sonra müalicə üçün İstanbula aparılan Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım əməliyyat olunub.

BAKU.WS "NTV"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Binəli Yıldırım və onunla birlikdə qəzada yaralanan İstanbul millət vəkili Şamil Ayrımın vəziyyəti ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhəti hazırda yaxşıdır.

Bədənində sınıqlar olan Şamil Ayrımın da vəziyyətinin yaxşı olduğu qeyd edilir.

Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.

Son xəbərlər