Azərbaycanda qadın hakim və prokurorların sayı AÇIQLANDI

15
dek
2022
14:41
Azərbaycanda qadın hakim və prokurorların sayı məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Ötən ilin statistikasına əsasən hakim qadınların sayı 91 nəfər təşkil edib. 2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub. Qeyd olunub ki, 2020-ci illə müqayisədə qadın prokurorların sayı 24% artım artıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
