Azərbaycanda polis rəisi vəzifəsindən azad olundu - ƏMR
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan MR Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.
BAKU.WS "manset.az"a istinadən xəbər verir ki, müvafiq əmrlə Naxçıvan MR Culfa Rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Şərif Hüseynəliyev tutduğu vəzifəsindən azad olunub.
Hazırda rəis vəzifəsini polis idarənin rəis müavini, polis mayoru Elməddin Zeynalov icra edir.
Qeyd edək ki, işdən çıxarılan Şərif Hüseynəliyev bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan MR Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərov tərəfindən rəis təyin edilmişdi.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...