Azərbaycanda özünə narkotik vasitələr hazırlayanlar üçün cəzalar müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Məcəlləyə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə tətbiq edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...