Azərbaycanda nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata başlayıblar. Azərbaycan Ordusu bu təxribata qarşı əks-hücum əməliyyatları həyata keçirir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.
BAKU.WS xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların içində qurumun da işçiləri var:
“Qurumun tərkibində olan idman kompleksləri və idarələrdən 52 nəfərlik heyət hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...