Azərbaycanda nazirlər iclasa maska ilə getdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bəzi ərazilərində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xüsusi toplantı keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda hökumət üzvləri və digər iştirakçılar tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə ediblər.
Qeyd edək ki, bu gün Nazirlər Kabineti 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunması barədə qərar qəbul edib.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...