Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.
MSK sədri qeyd edib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: “Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrində komissiya üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər.
Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...