MSK deputatın səlahiyyətlərinə xitam verdi - FOTO
VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub:
“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.
Yuxarıda sadalananları nəzərə alaraq MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.
Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...