Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında "Yurd" sərgi mərkəzini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyət Laçındakı "Yurd" sərgi mərkəzini ziyarət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, iştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.
Diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.
Qalereya
***12:39
Azərbaycanda akkreditə olunmuş diplomatlar, attaşelər və hərbi rəhbərlərdən ibarət nümayəndə heyəti Laçında "Hoçazfilm" kinostudiyasını ziyarət ediblər.
BAKU.WS report-a xəbər verir ki, nümayəndə heyəti azad edilmiş ərazilərə səfər çərçivəsində kinostudiyanın pavilyonlarında yaradılan şəraitlə tanış olublar.
"Hoçazfilm" studiyası iki inzibati bina və çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas simvollarından biri hesab edilən Hoçaz qayalarının adından götürülüb.








*** 09:18
Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.
BAKU.WS xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.
Oxşar xəbərlər
Bu rayonlara yeni PROKUROR təyin edildi
Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib. BAKU.WS xəbər verir ki, Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb. Əmrə əsasən...
