"Azərbaycanda 50-yə yaxın vəzifəli şəxs istefa verdi" xəbərinə RƏSMİ CAVAB
01
iyl
2019
12:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır. “Qafqazinfo” məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: “Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil.Bunu yayanlar rayonun sosial-iqtisadi inkişafını gözü götürməyən şəxslərdir. İcra hakimiyyətində bununla bağlı hələ ki araşdırma başladılmayıb”.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli məmur işdən çıxarıldı
Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Goranboy rayonu İcra Hakimiyyətində...