Azərbaycana sığınan Ermənistan vətəndaşı ölkəsinə təhvil verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin iyul ayında Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.BAKU.WS report-a istinadən xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...