Azərbaycan yeddi ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini ləğv edir
25
noy
2025
12:05
Azərbaycanla yeddi ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı şəkildə azad edilməsi razılaşdırılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, layihəyə əsasən, Azərbaycanla Maldiv, Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau və Surinam arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.
Müvafiq qanun layihələri birinci oxunuşdan qəbul edilib.
Oxşar xəbərlər
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, təbrikdə dey...