Azərbaycan XİN Pakistana başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyi Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı Pakistana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, başsağlığı mətni nazirliyin tviter səhifəsində paylaşılıb.
“Pakistanın Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı xəbər bizi kədərləndirdi.
Musson yağışları və sel nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı diləyir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq” - başsağlığında qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib. BAKU.WS xəbər verir ki, başsağlığı mə...